Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov yeni mövsümə də “Hatayspor”da başlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, yayda “Qraşoppers”dən icarəyə götürülmüş azərbaycanlı forvard özü də Türkiyədə qalmaq istəyir.
Türkiyə klubunun baş məşqçisi Volkan Demirel şəxsən Dadaşovun transfer hüququnun İsveçrə klubundan alınmasını istəyir. Bunun üçün artıq danışıqlara start verilib. Transfer qiymətində razılıq əldə edilsə, qış fasiləsindən sonra Dadaşov bütövlükdə “Hatayspor”a məxsus olacaq.
Qeyd edək ki, onun “Qraşoppers”lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. "Hatayspor"la icarə müqaviləsi isə mövsümün sonunda başa çatır.
- Millimizin üzvü oynadı, komandası növbəti tura yüksəldi
- Ölkəmizi beynəlxalq turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib
- Türkiyəli güləşçi qələbə qazandı, bayrağımızı öpdü - VİDEO
- UFC: Çimaevlə Striklendin döyüşü erkən başladı - VİDEO
- “Qalatasaray” Avropada turu keçsəydi, bu gün bu matç oynanılardımı?“ - Ali Koç - YENİLƏNİB