Holland futbolçu addım-addım “Qalatasaray”a
19.01.2026 - 14:19
“Napoli”nin futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Qalatasaray” hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
26 yaşlı vinger İstanbul klubunda oynamağa razılıq verib və hazırda klublar arasında danışıqlar davam edir.
“Qalatasaray” Lanqı icarəyə götürmək niyyətindədir.
Niderland yığmasının da üzvü olan vinger bu mövsüm 26 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
- Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
- Avropa Liqası: “Fənərbaxça”dan qələbə, “Beşiktaş” darmadağın oldu - YENİLƏNİB
- Millimizin üzvü Krakovda gümüş medal qazandı
- “Araz-Naxçıvan”dan ilk qələbə, "Zirə" zirvədə YENİLƏNİB
- “Zirə” – “Araz-Naxçıvan” matçının vaxtı açıqlanıb
0
0