Hücumçu üçün 100 milyonluq tələb
28.11.2022 - 22:17
“Mançester Yunayted” “Napoli”nin hücumçusu Viktor Osimxendən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu transferin qışda reallaşmasında israrlıdır.
Neapollular aparıcı qolçusunun gedişindən 100 milyon avro qazanc götürmək niyyətindədir. Ancaq “qırmızı şeytanlar” bir hücumçu üçün bu qədər pul verməyə hazır deyil. Bu üzdən Premyer Liqa təmsilçisi məbləği aşağı salmaq üçün danışıqları davam etdirir.
Qeyd edək ki, nigeriyalı oyunçunun “Napoli” ilə müqaviləsi mövsümün sonuna qədərdir.
- Türkiyə Superkuboku: "Qalatasaray" finalda - YENİLƏNİB
- Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş 4-cü Ənənəvi Futbol Turnirinə start verilir
- Millimizin üzvü: “Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”
- Yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birinciliyi keçirilib.
- Portuqaliyalı yarımmüdafiəçi “Yunayted”in radarında
0
0