Hücumçusu “Çelsi”dən ayrılmaq istəyir
23.07.2022 - 22:27
“Çelsi”nin hücumçusu Timo Verner komandasını dəyişmək fikrindədir.
Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü bu barədə istəyini rəhbərliyə çatdırıb.
26 yaşlı forvard bu yay oynaya biləcəyi komandaya keçməyi planlaşdırır. O, baş məşqçi Tomas Tuxeldən lazımi oyun şansını almadığını və burada qalmağın gələcək perspektiv baxımından uğursuz olacağını düşünür. Futbolçunun meneceri hazırda bir neçə klubla danışıq aparır.
Qeyd edək ki, Timo Verner 2020-ci ildə keçdiyi “Çelsi”də 89 oyuna çıxıb, 23 qol vurub.
- Parabadmintonçumuz Bəhreyndə beynəlxalq turnirə qatılıb
- Final oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlandı
- Elmar Baxşıyev: “Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü”
- Millimizin üzvü Braziliya Kubokunun qalibi olub
- Amil Yunanov: "Zəng gəldi və dedilər ki..." - Açıqlama
0
0