İbrahimoviç vida matçına çıxacaq
03.04.2024 - 14:58

Futbolçu karyerasını başa vuran 42 yaşlı sabiq hücumçu Zlatan İbrahimoviç İsveç millisində vida matçına çıxacaq.
Apasport.az “Football-Italia”ya istinadən xəbər verir ki, görüş iyunun 8-də baş tutacaq. Skandinaviyalıların rəqibi Serbiya millisidir.
Xatırladaq ki, İbrahimoviç İsveç millisində 122 oyun keçirib. Aktivində 62 qol var. Bu nəticə ilə o, milli komandanın tarixində ən çox qol vuran futbolçudur.
Qeyd edək ki, isveçli futbolçu "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", PSJ, "Mançester Yunayted" və "Los Anceles Qalaksi" klublarında çıxış edib.
- Premyer Liqa klubunda iki vida
- Bakıda cüdo üzrə Liqa yarışının III turu start götürüb - FOTO
- Şəhriyar Əliyev: “Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm”
- “Zirə”nin legioneri: "Hakimə dedim ki, səhv etdiyini görəcəksən və..." - Müsahibə
- Azərbaycan Badminton Federasiyasından Botsvanaya hədiyyə
0
0