Portuqaliyanın "Benfika" klubu "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Alfredo Pedulla məlumat yayıb.
Mənbənin iddiasına görə, Lissabon təmsilçisi yay transfer dönəmində hücum xəttini gücləndirmək istəyir və əsas namizədlərdən biri kimi İkardini nəzərdən keçirir.
32 yaşlı forvard 2024-cü ildən "Qalatasaray"ın formasını geyinir.
O, ötən mövsüm zədə səbəbindən uzun müddət meydanlardan kənarda qalsa da, İstanbul klubunun heyətində keçirdiyi ümumilikdə 87 oyunda 61 qol vurub və 22 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Mauro İkardi "cim-bom"un yeni müqavilə təklifinə hələ də cavab verməyib. Onun "Qalatasaray"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.