İkardidən "Qalatasaray"lılara şad xəbər: Tarix bəlli oldu
05.04.2025 - 11:25
"Qalatasaray"ın çarpaz bağlarından zədə alan futbolçusu Mauro İkardi əməliyyatdan sonra reabilitasiya prosesini davam etdirir.
Apasport.az xəbər verir ki, argentinalının komandaya qoşulacağı vaxt bəlli olub.
Əməliyyatdan sonra idman zalında öz üzərində işləyən İkardi meydançaya çıxmağa hazırlaşır.
Belə ki, təcrübəli hücumçu özəl fizioterapevtlə fərdi məşqlərə başlayacaq. Argentinalı forvardın vəziyyətini "Qalatasaray"ın həkim briqadası yaxından izləyəcək.
İkardinin iyulda komandaya qoşulacağı və mövsümöncəsi düşərgədə iştirak edəcəyi gözlənilir.
- Qurban Qurbanov: “Qarşımızda çox istəkli rəqib olacaq”
- Braziliya millisinin daha bir futbolçusu sıradan çıxdı
- Premyer Liqa klublarının futbolçuları "Çelsi"nin hədəfində
- Cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
- Qurban Qurbanov: "Bayer"lə görüşlər bizim üçün böyük təcrübədir"
0
0