İki alman "Real" yolunda: Mourinyo şəxsən istəyir
17.06.2026 - 00:02
İki alman "Real" yolunda: Mourinyo şəxsən istəyir

“Real”ın baş məşqçisi Joze Mourinyo heyəti gücləndirmək üçün Dortmund “Borussiya”sının iki futbolçusunu istəyir.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Patrik Berger məlumat yayıb.

Mənbənin iddiasına görə, portuqaliyalı mütəxəssis müdafiəçi Niko Şlotterbek və yarımmüdafiəçi Feliks Nmeçanın Madrid klubuna transferində maraqlıdır.

Mourinyo hər iki futbolçunun komandanın oyun sisteminə uyğun gəldiyini düşünür.

Şlotterbek müdafiə xəttini gücləndirmək, Nmeça isə orta sahədə rəqabəti artırmaq üçün əsas namizədlərdən sayılır.

Qeyd edək ki, hər iki futbolçu hazırda Dortmund “Borussiya”sının formasını geyinir.