İlkay Gündoğan zədələndi
13.09.2023 - 10:09
“Barselona”nın yeni transferi İlkay Gündoğan zədələnib.
Apasport.az saytı xəbər verir ki, Almaniya millisinin 32 yaşlı kapitanı Fransa ilə yoxlama oyununu tamamlaya bilməyib.
Matçın 25-ci dəqiqəsində meydanı tərk etməli olan türk əsilli futbolçu kürəyindəki ağrılardan şikayət edib. Zədənin top uğrunda mübarizədə qaynaqlanması ehtimal olunur. Həkimlər hələlik yarımmüdafiəçinin sağlıq durumu ilə bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, yoldaşlıq matçı almanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
- “Fənərbaxça”dan Aktürkoğluna növbəti təklif: “Benfika”dan rədd cavabı
- Yığmamız Avropa çempionu oldu
- “FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
- Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını həyata keçirmək asan deyil”
- "Fənərbaxça"nın futbolçusu milli karyerasını başa vurdu
0
0