İmmobile "Beşiktaş" üçün İstanbula gəlir
08.07.2024 - 14:52
Yeni mövsüm hazırlıqlarına davam edən “Beşiktaş” yeni tranferini rəsmiləşdirməyə yaxındır.
“Ağ-qaralar” italiyalı hücumçu Çiro İmmobileyə təklif göndərib. Apasport.az xəbər verir ki, Türkiyə mətbuatına görə, artıq futbolçu ilə razılıq əldə olunub.
İmmobilenin yaxın günlərdə İstanbula gəlməsi gözlənilir. Transfer rəsmiləşəcəyi təqdirdə, italiyalı növbəti 2 ildə Türkiyə klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Çiro İmmobilenin 34 yaşı var və Seriya A təmsilçisi “Latsio”ya məxsusdur.
- Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayır
- Azər Məmmədov: "Qarabağ"ın yarımmüdafiəçilərinin oyunu məni heyran etdi"
- Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
- "Qarabağ"ın "Bayer"lə matçlarının vaxtı açıqlandı
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək
0
0