İnfantino: “Mundialda komanda sayı artırılacaq”
16.12.2022 - 14:56

Klublararası dünya çempionatında komanda sayı 2025-ci ildə artırılacaq.
Apasport.az saytının məlumatına görə, bunu FİFA prezidenti Canni İnfantino açıqlayıb.
O bildirib ki, öncədən planlaşdırılan ideya gerçəkləşəcək: “Klublararası dünya çempionatının yeni versiyası olacaq. 2025-ci ildən burada 32 klub oynayacaq. Bu turnir yığmaların dünya çempionatına bənzəyəcək”.
Qeyd edək ki, UEFA və Avropa klublar Assosiasiyası bu turnirlə bağlı ideyanın ləğv edilməsini istəyir.
- “Bayer”in kapitanı: "Daha çox qol vura bilərdik"
- UEFA Ermənistan Futbol Federasiyasını külli miqdarda cərimələyib
- Polşa klubu Rahil Məmmədovla müqaviləni ləğv edib
- Canni İnfantino: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
- “Barselona”da transfer qadağası yayda da davam edə bilər
0
0