İngiltərə millisinin baş məşqçisi istefa verdi
16.07.2024 - 14:19
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) məlumat yayıb.
Sautqeyt 2016-cı ildən İngiltərə milllisinin baş məşqçisi idi. Komanda bu müddət ərzində ümumilikdə 102 matç keçirib.
Yığma onun rəhbərliyi altında ardıcıl 2 Avropa çempionatının finalına yüksəlib və çempionluğu əldən verib.
İngiltərə millisi Avro-2020-də İtaliyaya, Avro-2024-ün finalında isə İspaniyaya məğlub olub.
- Rauf Əliyev: “Çətin də olsa, Avstriya və İsveçdən xal almaq mümkündür”
- 6 qat ölkə çempionu olan klub üçüncü diviziona göndərildi
- Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
- Millimizin oyunçusu: “Ən azı martadək zirvədəki yerimizi qoruyacağıq”
- Mərakeş millisi 36 il əvvəlki uğurunu təkrarladı
0
0