
Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanan Fransanın “Olimpik Marsel” klubu heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, komanda "Lill"dən Anxel Qomezi öz sıralarına qatıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
24 yaşlı ingilis yarımmüdafiəçi yeni komandasına azad agent kimi qoşulub.
O, bu gün tibbi müayinədən keçmək və 3 illik müqaviləyə qol çəkmək üçün Marsel şəhərinə gələcək.
Ötən mövsüm “Lill” formasıyla 20 matça çıxan Qomez 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Mançester Yunayted" yetirməsi olan futbolçu cari il İngiltərə millisi ilə 4 matça çıxıb.
- Azərbaycan kubokunda I təsnifat mərhələsinin cədvəli
- Azərbaycan Yay Olimpiya Oyunlarınının medal siyahısında 15-cidir - Siyahı
- Bruno Fernandes: “Ona qarşı oynamaq möhtəşəm bir hissdir”
- “Zirə” fransalı yarımmüdafiəçiyə elçi düşdü
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər