İngiltərəli keçmiş hakim Stiven Uilson həbs olunub.
Apasport.az "Daily Mail"ə istinadla xəbər verir ki, Uilson cinsi təcavüzə görə ittiham olunur.
İngilis hakimin 2009-cu ildə yetkinlik yaşına çatmayan uşağa təcavüz etdiyi iddia edilir.
12 ildən sonra - 2021-ci ildə məhkəmə baş tutub. Bundan sonra Uilsonun öz "qurban"ını 3-4 saat ərzində ləyaqəti alçaldan işgəncələrə məruz qoyduğu ortaya çıxıb.
Keçmiş hakim 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, əvvəllər aşağı liqalarda hakim kimi çalışıb. Bəzi hallarda İngiltərə Premyer Liqasının oyunlarında köməkçi hakim kimi çıxış edirdi.
- Niderlandın baş nazirindən Baydenə cavab: "Futbol sokkerə qalib gəldi"
- Rusiya komandaları beynəlxalq yarışlara qayıdır? - İnfantinodan açıqlama
- Millimizin oyunçusu: “Ən azı martadək zirvədəki yerimizi qoruyacağıq”
- "Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub
- "Sabah"dan yeni transfer