İngiltərəli millisinin üzvü “Nyukasl”dan ayrılacaq - RƏSMİ
04.04.2026 - 17:22
İngiltərəli millisinin üzvü “Nyukasl”dan ayrılacaq -  RƏSMİ

“Nyukasl”ın kapitanı Kiran Trippyerin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 35 yaşlı müdafiəçi komandadan ayrılacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Cari mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçu yayda “Nyukasl”ı tərk edəcək.

Qeyd edək ki, “Nyukasl” İngiltərə millisinin üzvünü 2022-ci ildə “Atletiko Madrid”dən 14 milyon avroya transfer etmişdi.