İtaliya A Seriyası təmsilçilərindən “İnter” yayda yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda Fransanın “Marsel” klubunda çıxış edən 23 yaşlı Luiz Enrike ilə yaxından maraqlanır.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, “İnter” oyunçu ilə danışıqlara başlayıb. Braziliyalının özü də bu transferə müsbət yanaşır.
Liqa 1 təmsilçisi bu keçid üçün italyanlardan 35 milyon avro tələb edir.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm “Marsel”in heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 qol, 8 assistlə yadda qalıb.
- DÇ-26: İspaniya millisinin hücumçusundan antirekord: 30 dəqiqə topa toxunmadı
- “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq
- “Qızıl top”a favoritlər müəyyənləşib
- "Çalhanoğlu dünyanın ikinci ən güclü mərkəz yarımmüdafiəçisidir”
- Azərbaycan kamandan oxatma millisi Qubada Belarus yığması ilə birgə hazırlıq keçirir