“İnter” müdafiəçi aldı
06.07.2022 - 13:34
“Kalyari”nin müdafiəçisi Raul Bellanova komandasını dəyişib.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu bir müddətdir danışıq apardığı “İnter”ə keçib.
Klublar arasında anlaşmaya əsasən, Bellanova növbəti mövsümü icarə əsasında “neradzurra”da keçirəcək. Milanlılar onu gələn ilin yayında birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, Raul Bellanova ötən mövsüm A seriyasında 31 oyunda 1 qol vurub. “Kalyari” isə B seriyasına düşüb.
- "Arsenal" ardıcıl 8 oyundur qol buraxmır
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
- Orxan Məmmədov "Zirə"nin məqsədini açıqladı - MÜSAHİBƏ
- Hüseyn Məhəmmədov: “Neftçi” üçün çox vacib oyundur” - MÜSAHİBƏ
- Azərbaycanın çimərlik futbolu üzrə millisinin yeni baş məşqçisi müəyyənləşib
0
0