“İnter” onunla razılaşdı, qaldı klubu
04.08.2023 - 17:50
“İnter”in Canluka Skamakkanın transferi üçün israrı davam edir.
Apasport.az saytı xəbər verir ki, italyanlar “Vest Xem”in 24 yaşlı hücumçusunu almaqda qərarlıdırlar.
Milan təmsilçisinin İtaliya millisinin üzvü üçün 20 milyon avroluq ilk təklifi ingilislər tərəfindən qəbul olunmayıb. Danışıqları davam etdirən “neradzurri” təklifi artıraraq 28 milyon avro edib. Futbolçunun özü ilə razılıq əldə edən A seriyası təmsilçisi qarşı tərəfin cavabını gözləyir.
Qeyd edək ki, son mövsümdə İngiltərə Premyer Liqasında 16 matça çıxan Skamakka 3 qolla yadda qalıb.
- “Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə başlayır
- “Fənərbaxça”da qalib gəldi, “Beşiktaş” bir xala sevindi
- Ahmed Ayzaya: “Omoniya" haqda məlumat toplamağıma ehtiyac yoxdur” - MÜSAHİBƏ
- Maksim Çex: "Bu, digər komandalara qarşı ədalətli deyil" - MÜSAHİBƏ
- Azərbaycan birinciliyinin komanda yarışlarına yekun vuruldu
0
0