"İnter" onunla yeni müqavilə istəyir
14.09.2023 - 15:47
"İnter" futbolçuları ilə müqavilələri yeniləməyə davam edir.
Apasport.az saytı xəbər verir ki, A seriyası təmsilçisi müdafiəçi Federiko Dimarkonu komandada saxlamaq üçün danışıqlara başlayacaq.
25 yaşlı futbolçunun müqaviləsinin müddətini artırmağı planlaşdıran “neradzurri” yaxın günlərdə oyunçunun agenti ilə detalları müzakirə edəcək. Milan təmsilçisinin baş direktoru Cüzeppe Marotta İtaliya millisinin üzvünün bu diqqətə layiq olduğunu deyib.
Qeyd edək ki, 2021-ci ildən komandanın şərəfini qoruyan sol cinah müdafiəçisinin müqaviləsi 2026-cı ilin yayına kimidir.
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
- I Liqa klubunda ayrılıq - RƏSMİ
- Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər
- Millimizin matçının hakimləri açıqlanıb
- Leandro Andrade “Qarabağ”da 60-a çatdı: Yubiley qolu “Turan Tovuz”a qarşı gəldi
0
0