“İnter” Taremiyə elçi düşdü
08.08.2023 - 14:34
“Porto”nun futbolçusu Mehdi Taremi “İnter”in maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu iranlı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Lakin milanlılar ciddi problemlə üzləşib. Belə ki, “Tottenhem”də Tareminin xidmətində maraqlıdır. 24 milyon avroluq təklifi yetərli olmayan London təmsilçisi hücumçudan əl çəkmək fikrində deyil.
Qeyd edək ki, “İnter” yüksək məbləğ tələb olunduğu üçün Folarin Baloqunun transferindən imtina edib. “Arsenal” oyunçusu üçün 50 milyon avro istəyib.
- Dmitri Klots: “Əgər kimsə Azərbaycana getmək istəsə...”
- "Abşeron"un baş məşqçisi: "Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq"
- Məmməd Quliyev: “Taylandda yaşasaq da, Şeydayevlə tanışlığımız yoxdur” – Müsahibə
- Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb
- "Kəpəz" müdafiəçisi ilə yeni müqavilə imzalayıb
0
0