“İnter”də yeni müqavilə
30.12.2023 - 22:08

"İnter" Federiko Dimarko ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, İtaliya A seriyasının klubu futbolçusu ilə 2027-ci il iyunun 30-na qədər yeni müqavilə imzalayıb.
Futbolçunun maaşının artdığı bildirilir. Dimarko "İnter"in yetirməsidir. O, klubda 119 oyun keçirib, 11 qol, 20 məhsuldar ötürmə və 5 sarı vərəqəsi var. 26 yaşlı futbolçunun qiyməti 50 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, İtaliya millisinin müdafiəçisi cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- İrfan Canın son durumu bəlli oldu
- Adil Şükürov: "Futbolçular anlamalıdır ki, futbol regionunu təmsil edirlər"
- "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi növbəti qələbəsini qazanıb
- Ceyhun Sultanov: “Şahruddin "Adana Dəmirspor"a keçməklə...”
- Klublararası dünya çempionatında səbətlərin tərkibi müəyyənləşib
0
0