“İnter”dən 5 milyonluq təklif
01.08.2022 - 22:54
“İnter” Aleksis Sançeslə müqaviləyə xitam verilməsi üçün danışıqları davam etdirir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu çilili vingerə 5 milyon avro təklif edib.
Cənubi amerikalı bu məbləğ qarşılığında anlaşmanın pozulmasına razılaşmalıdır. Aleksis təklifi qəbul etsə, azad agent statusu alacaq.
Çilili bir neçə klubun maraq dairəsindədir. Onu “Marsel”lə “Vilyarreal” heyətində görmək istəyir.
Qeyd edək ki, futbolçunun agenti marsellilərlə maaş barədə danışıqlar aparır.
- “Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu istəyir – YALNIZ BİZDƏ
- "Çelsi" 16 yaşlı hücumçu üçün 60 milyon avro ödəyəcək
- Konfrans Liqası: “Neftçi”, “Zirə” və “Qəbələ”nin potensial rəqibləri azaldı
- Atasını futbola görə itirən, debütündə “poker” edən qolçu - ULDUZLAR
- Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
0
0