"İnter"in hücumçusu “Atletiko” yolunda
30.05.2025 - 14:18

Lautaro Martinez “Atletiko”da Antuan Qrizmannı əvəz edə bilər.
Apasport.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi klubu tərk edə biləcək Qrizmanna əvəzləyici axtarır.
34 yaşlı fransız “Los-Anceles”lə danışıqlar aparır. "Atletiko" fransızın yerinə "İnter"in hücumçusu Lautaro Martinesi transfer etməyi planlaşdırır.
Potensial sövdələşmənin təfərrüatları açıqlanmayıb.
Ötən mövsüm Martinez "İnter"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Azərbaycan çempionatında III turun proqramı açıqlanıb
- "Araz" "Səbail"i Sumqayıtda qəbul edəcək
- İlham Yadullayev: "Sumqayıt" Samir Abasovun sayəsində yüksəliş dövrünü yaşayır" - MÜSAHİBƏ
- Təmsilçilərimizdən Avropa çempionatında daha 3 medal - 2 qızıl, 1 bürünc
- Birinci Liqa: "Qəbələ" yenidən Premyer Liqada - YENİLƏNİB
0
0