“İnter”in qapıçı planı
07.07.2023 - 13:24
“İnter” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Apasport.az saytı xəbər verir ki, İtaliya klubu “Bavariya”dan qapıçı Yan Zommerə elçi düşüb.
İsveçrə millisinin 34 yaşlı qolkiperinin keçidi üçün almanlarla danışıqlara başlayan “neradzurri” bu transferi qısa zamanda həll etməyi planlaşdırır. Komandanın əsas qapıçısı Andre Onana "Mançester Yunayted"ə gedəcəyi təqdirdə çərçivəni məhz Zommerə etibar olunacaq.
Qeyd edək ki, oyunçu 2022/23 mövsümündə "Bavariya"da 25 oyunda 31 qol buraxıb.
- Hakan Çalhanoğlu fantastik təklifi rədd edib
- "Fənərbaxça"nın Avroliqadakı rəqibi malili futbolçu ilə güclənib
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- Fati motosikletçini vurdu
- "Sabah"dan əzmkar qələbə, "Şamaxı" darmadağın oldu - YENİLƏNİB
0
0