İsmail Kartaldan emosional sözlər: “Dördüncü gəlişimdir”
18.06.2026 - 16:19
İsmail Kartaldan emosional sözlər: “Dördüncü gəlişimdir”

“Fənərbaxça”nın yeni baş məşqçisi İsmail Kartal klub televiziyasına açıqlama verib.

Apasport.az xəbər verir ki, 65 yaşlı mütəxəssis yenidən İstanbul klubuna qayıtdığı üçün xoşbəxt olduğunu bildirib.

“Yenidən yuvaya dönmək məni çox xoşbəxt etdi. Hörmətli prezidentimizin dünən mənə zəng edib, "Oğlum, İsmail, necəsən?" deməsi belə məni çox duyğulandırdı. Çox duyğuluyam, çox xoşbəxtəm, çox həyəcanlıyam. Həm də çox təcrübə qazanmışam. Bu, mənim dördüncü gəlişimdir. Cəmiyyətin övladı olaraq uğursuz olmamaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verirəm”.

Qeyd edək ki, İsmail Kartal “Fənərbaxça” ilə 1 illik müqavilə imzalayıb. Bu, onun İstanbul təmsilçisində baş məşqçi kimi dördüncü dönəmi olacaq. Kartal daha əvvəl 2014/15, 2021/22 və 2023/24 mövsümlərində də “sarı-lacivərdlilər”i çalışdırıb.