İspaniya çempionu və "Atletiko Madrid"in heyətində ikiqat Avropa Liqasının qalibi olan Dieqo Qodin karyerasını bərpa edib.
Apasport.az xəbər verir ki, o, "Poronqos"la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı futbolçu Organisation Football Interior (OFI) himayəsi altında həvəskarlar liqasında çıxış edən klubla 2024-cü ilin sonuna qədər müqavilə imzalayıb.
2023-cü ilin yayında uruqvaylı müdafiəçi futbolçu karyerasını başa vurduğunu elan etmişdi. Qodinin son peşəkar klubu argentinanın "Velez Sarsfild" klubu olub.
Peşəkar karyerası zamanı Qodin İspaniyanın “Vilyarreal” və “Atletiko Madrid”, İtaliyanın “İnter” və “Kalyari”, Braziliyanın “Atletiko Mineiro” komandalarının rənglərini qoruyub.
Qodin Uruqvay millisində keçirdiyi oyunların sayına görə rekordçudur. O, millidə 159 oyuna çıxıb.
- Avropa çempionatı: Millimizin seçmə mərhələ üçün heyəti bəlli olub
- Rəşad Sadıqov: “Bu tip qərarlarım tez-tez olacaq” - MÜSAHİBƏ
- Addım-addım 1-ci Liqaya: “Kəpəz”dən ardıcıl 6-cı məğlubiyyət - YENİLƏNİB
- Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı - YENİLƏNİB
- Ayxan Abbasov: “Klub olaraq bu cür oyunlara ehtiyacımız var”