İsveçrə millisinin üzvü “Milan”a qayıdacaq
28.05.2025 - 00:28
Hazırda icarə əsasında "Napoli"də çıxış edən Noah Okafor “Milan”a geri qayıdacaq.
Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi 25 yaşlı forvardın icarə müqaviləsini artırmaq niyyətində deyil.
Onun İtaliya çempionu ilə müqavilə müddəti gələn ayın sonunda başa çatacaq.
Qeyd edək ki, İsveçrə millisinin üzvü bu mövsüm "Napoli"nin heyətində iştirak etdiyi 21 rəsmi matçda 1 qol, 2 assistlə yadda qalıb.
- "Borussiya"da Nuri Şahin dönəmi rəsmən başa çatdı
- "Qarabağ"ın prezidenti Avropa Liqasının püşkatma mərasimində
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Seymur Məmmədov: “Xalqımızın dəstəyi uğurumuzda böyük rol oynadı”
- Benitez Braziliya klubunu çalışdıra bilər
0
0