İsveçrədə ilin futbolçusu: Qranit Caka
17.01.2024 - 11:32
"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Caka növbəti mükafatını qazanıb.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu ölkəsi İsveçrədə ötən ilin ən yaxşısı seçilib.
O, müdafiəçi Manuel Akanji (“Mançester Siti”) və hücumçu Zeki Amdunini (“Bernli”) qabaqlayaraq ilk sırada yer alıb.
Caka ötən ilin iyulunda "Arsenal"dan Leverkuzen klubuna gəlib. Orta xətt oyunçusu bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
- Millinin təlim-məşq toplanışında iştirak edəcək futbolçular bəlli oldu
- Ayxan Tağızadə Azərbaycan millisində
- UEFA-nın Bakıda keçirilən “Bağçalarda Futbol Dərsi” layihəsi davam edir
- Çexiya Universitetinin departament rəhbəri Azərbaycan İdman Akademiyasında tədrisə başlayıb
- “Dunayska Streda” "Dalğa Arena"da məşqə çıxmaqdan imtina edib
0
0