İtaliyalı baş məşqçi “Əl-Hilal”ın təklifini rədd etdi
20.05.2025 - 22:57
"İnter"in baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanına yollanmaqda imtina edib.
Apasport.az "SkySport"a istinadən xəbər verir ki, “Əl-Hilal” italiyalı mütəxəssisə təklif göndərib.
Amma 49 yaşlı məşqçi həmin təklifə müsbət yanaşmayıb. Ərəblər onunla Milanda üzbəüz görüşüb.
Lakin İnzaqi indiki klubunda xoşbəxt olduğu və komanda ilə işləməyə davam etmək niyyətində olduğunu qarşı tərəfə bildirib.
Qeyd edək ki, “İnter” İtaliya A Seriyasının 37-ci turundan sonra “Napoli”dən 1 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
- Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- “Tottenhem”də ciddi itki: "Qalatasaray"la matçı buraxacaq
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
- “Neftçi” İsraildən daha bir futbolçu gətirir
- Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”
0
0