Joao Pedro rəsmən “Çelsi”də
02.07.2025 - 17:20
Gələn mövsüm Çempionlar Liqasında oynayacaq olan “Çelsi” heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “zadəganlar” “Brayton”dan Joao Pedronu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu braziliyalı futbolçunun keçidinə görə “ağ-mavililər”ə 63,7 milyon avro ödəyib. 23 yaşlı oyunçu ilə 7 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Joao Pedro “Brayton”a 2023-cü ilin yayında “Uotford”dan 34.2 milyon avroya transfer edilmişdi.
- Millimizin baş məşqçisi: “Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm”
- “Çelsi”dən “Börnli”yə
- Krunoslav Renduliç: "Sabahdan etibarən rəqib haqda fikirləşəcəyik"
- "Ordu" heyətini ukraynalı basketbolçu ilə gücləndirib
- "Şamaxı" İdarə Heyətinin sədri: "Problemlərimiz var, bunları gizlətmirik"
0
0