Juninyo zədələnib
15.02.2025 - 11:42

Braziliya Karioka Liqasında 9-cu turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, lider “Flamenqo” doğma meydanında “Botafoqo”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
“Qarabağ”ın sabiq hücumçusu Juninyo start heyətdə meydana çıxıb. Matçın 11-ci dəqiqəsində 28 yaşlı futbolçu yerə yıxılıb və əvəzlənməsini istəyib. Onun yerinə meydana Bruno Enrike çıxıb.
Juninyonun yekun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.
0
0