Kante mundialdan kənar qala bilər - SƏBƏB
14.10.2022 - 14:56
Fransa millisinin və “Çelsi”nin futbolçusu Nqolo Kante DÇ-2022-ni buraxmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, buna yarımmüdafiəçinin zədəsi səbəb olub.
Kante zədədən sonra heç cür bərpa oluna bilmir. Fransalı daha bir neçə həftəni məşqlərdən kənar qalacaq.
Bu üzdən onun adının DÇ-2022-nin sifariş vərəqinə salınmaması da istisna deyil. Nqolo cari mövsümdə cəmi 2 dəfə meydana çıxıb.
Qeyd edək ki, Qətərdəki dünya çempionatı noyabrın 20-də start götürəcək.
- Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
- Elmar Baxşıyev: “Gələcəkdə ev oyunlarını Naxçıvanda keçirmək ehtimalımız yüksəkdir”
- Rafael Ağayevin rəqibi ayağını stolun üstünə qoydu - FOTOLENT
- "Napoli"dən növbəti qələbə
- Sergey Kleşenko: "Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik"
0
0