Karyerasını başa vuran qapıçı "Barselona" yolunda
25.09.2024 - 09:53
Mark-Andre ter Ştegen uzun müddətə sıradan çıxdığı üçün "Barselona" yeni qapıçı axtarır.
Apasport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisi "Yuventus"dan ayrıldıqdan sonra karyerasını bitirdiyini açıqlayan Voyçex Şesnıyı heyətinə qatmaq istəyir.
"Barselona" artıq polşalı qolkiperlə danışıqlara başlayıb. 34 yaşlı qapıçı hələ ki, təklifə cavab verməyib.
Qeyd edək ki, Voyçex Şesnıy 2017-2024-cü illər arasında "Yuventus"da çıxış edib.
- Azərbaycan Gimnastika Federasiyası yeni talismanlarını təqdim edib
- Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək
- DÇ-2027: Millimizin oyunlarının təqvimi müəyyənləşib
- “Arsenal” “Qarabağ”la eyni qrupa düşmək istəmir
- Lyuyiç “Sabah”a qalib gəlmələrinin sirrini açıqladı - MÜSAHİBƏ
0
0