Kavani özünə klub tapdı
05.08.2022 - 22:27
Edinson Kavaninin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in sabiq futbolçusu karyerasını Argentinada davam etdirəcək.
35 yaşlı uruqvaylı hücumçu “Boka Xuniors”a keçəcək. Onun keçidi sabah rəsmən açıqlanacaq.
Kavani iyulun 1-dən azad agent statusuna malikdir. “Montsa”, “Vilyarreal” və Dortmund “Borussiya”sının da maraq dairəsində olan forvard Cənubi Amerikaya qayıtmağa üstünlük verib.
Qeyd edək ki, Edinson ötən mövsümün 20 matçında 2 qol vurub.
- “Qarabağ” "Braqa" görüşü ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
- AFFA II Liqa klublarını CƏRİMƏLƏDİ
- Avropa Oyunları: Boksçumuz finala yüksəldi və Paris-2024-ə lisenziya qazandı - FOTOLENT
- Alpinistlər Qusar səfərində
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
0
0