“Kayserispor” Yakiroviçlə yollarını ayırıb
09.06.2025 - 12:36
“Kayserispor” Yakiroviçlə yollarını ayırıb

Türkiyənin “Kayserispor” klubunda baş məşqçi Sergey Yakiroviç ilə yollar ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Kayserispor” Super Liqada mövsümü 13-cü sırada bitirib.