"Kəpəz"dən Braziliya klubuna
23.02.2025 - 20:53

"Kəpəz"dən ayrılan Viktor Braqanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını Braziliyada davam etdirəcək.
Yarımmüdafiəçi “Rio Branko” ilə anlaşıb. Braqanın yeni komandası Braziliya D seriyasında çıxış edir.
Qeyd edək ki, Viktor yayda “Kəpəz”lə 1 illik müqavilə imzalamışdı.
0
0