Kerem Aktürkoğlu “Fənərbaxça” ilə anlaşdı
                    
                    04.08.2025 - 00:59
                        
                    
                    Kerem Aktürkoğlu Türkiyəyə qayıdacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, futbolçu “Benfika”nı tərk edəcək.
Kerem karyerasına Türkiyə Super Liqasında davam edəcək. O, “Fənərbaxça” ilə razılığa gəlib.
Klublar anlaşsa, Aktürkoğlu 4,5 milyon avro maaş alacaq. Tərəflər hazırda danışıqlar prosesini davam etdirir.
                                
                                0
                                
                                0