Kərim Benzema məşqlərə çıxmır
14.01.2024 - 14:38
Kərim Benzema "Əl İttihad"la mövsümöncəsi məşqdə iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, buna səbəb forvardın artıq ardıcıl olaraq Səudiyyə klubunun altı məşqini buraxmasıdır.
Ərəbistan yarımadasında oynamaq istəməyən 36 yaşlı forvard yenidən “köhnə qitə”yə qayıtmaq istəyir. Hətta iddialara görə futbolçu Avropanın bir çox aparıcı klublarının hədəfindədir.
Qeyd edək ki, Benzema “Əl İttihad” forması ilə çıxdığı 20 matçda aktivinə 12 qol və 5 məhsuldar ötürmə yazdırıb.
- Nazir: "Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik" - Müsahibə
- Filips: "O, Mbappedən daha sürətli olan yeganə oyunçudur"
- “Mançester Siti” tarixində 10-cu dəfə İngiltərə çempionu oldu
- “Sabah” yenə uduzdu - YENİLƏNİB
- Səudiyyədən cazibədar təklif: Benzianın Qurbanov sevgisi... - ÖZƏL
0
0