Keyn “hə”, “Tottenhem” “yox” deyir
27.06.2023 - 20:47

Harri Keynin “Tottenhem”dəki gələcəyi sual altındadır.
Apasport.az saytı xəbər verir ki, ingilis futbolçu “Bavariya”ya keçməyə hazır olduğunu bildirib.
“Tottenhem” rəhbərliyi Münhen klubunun 70 milyon avroluq təklifini rədd edib. Londonlular Keynin bu yay satılmayacağı açıqlaması veriblər. Amma Harri “Bavariya” ilə müqavilənin bütün detallarını razılaşdırıb. Əgər London klubu transferə icazə verməsə, forvard 2024-cü ilin iyununda sərbəst qalacaq.
Qeyd edək ki, “Bavariya” ilə yanaşı “Mançester Yunayted”də Keynin transferində maraqlıdır.
- Konfrans Liqasının final matçı bu kanalda yayımlanacaq
- Oyun alqı-satqısında şübhəli bilinən "Mingəçevir"li futbolçuların taleyi BƏLLİ OLDU
- Mbappe ən yaxşı adına layiq görülüb
- "Turan Tovuz"a növbəti pis xəbər: Ən azı 2 həftə oynamayacaq
- Azərbaycanı Yunanıstandakı yarışda təmsil edəcək güləşçilər müəyyənləşib
0
0