Klopp Çempionşip klubundan imtina etdi
02.01.2025 - 11:53
Hazırda “Red Bull” korporasiyasında direktor vəzifəsində çalışan alman məşqçi Yurgen Klopp Çempionşip klubunun təklifini rədd edib.
Apasport.az xəbər verir ki, Klopp “Red Bull”un sahib olduğu "Lids Yunayted"in iş təklifindən imtina edib.
İddialara görə, “Liverpul”un sabiq baş məşqçisi “qırmızılar”ın azarkeşlərinə hörmət etdiyi üçün başqa bir ingilis klubu ilə işləmək istəmir.
Qeyd edək ki, “Red Bull” klub korporasiyasına “Leyptsiq”, Salzburq”, Lyeferinq”, “Nyu York”, “Paris”, “Saytama” və “Braqantino” daxildir.
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”
- "Bayer"dən 48 oyunluq məğlubiyyətsizlik
- Adrian Skarlatake: “Regekamfp “Neftçi”də uğur qazanacaq, lakin...” - MÜSAHİBƏ
- Kubok oyunundan öncə "Qalatasaray"da ciddi itki
- Daha bir komanda AVRO-24-ə vəsiqə qazanıb - YENİLƏNİB
0
0