Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
21.06.2026 - 04:22
Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”

Almaniyalı mütəxəssis Yürgen Klopp Türkiyə millisinin DÇ-2026-dakı çıxışını dəyərləndirib.

Apasport.az xəbər verir ki, o, “Magenta TV”yə açıqlamasında Türkiyənin turnirdəki uğursuzluğunu komandanın üzərindəki böyük təzyiqlə əlaqələndirib.

Klopp Türkiyənin yaxşı komandaya sahib olduğunu və futbolçuların istəksiz olmadığını bildirib:

“İllər ərzində çox sayda türk dost qazanmışam. Onların nə qədər böyük məyusluq yaşadığını bilirəm. Çünki turnirdən əvvəl nə qədər həyəcanlı, coşğulu olduqlarını da bilirdim. Türkiyə inanılmaz komandaya sahibdir. O zaman ağıla bu sual gəlir: Niyə alınmadı? Bəziləri kifayət qədər istəkli olmadıqlarını deyə bilər. Amma matçları izləyən hər kəs Türkiyənin kifayət qədər arzulu olduğunu gördü. Onlar bunu həqiqətən çox istəyirdilər. Ancaq üzərlərində çox böyük təzyiq var idi və buna dözə bilmədilər”.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ilk iki oyununda Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə uduzub. Nəticədə komanda qrup mərhələsini keçmək şansını itirib.