"Konyaspor" yeni baş məşqçi ilə anlaşdı
15.01.2024 - 13:29
Super Liqa komandası "Konyaspor" yeni baş məşqçi Fahrudin Omeroviç ilə razılığa gəlib.
Apasport.az "NTV"yə istinadla xəbər verir ki, mövsümün sonuna qədər razılıq əldə edilən Omeroviçlə sabah rəsmi imzaların atılacağı gözlənilir.
Fahrudin Omeroviç "İstanbulspor", "Malatyaspor", "Konyaspor" və "Ankaraspor"da baş məşqçi vəzifəsində çalışıb.
Qeyd edək ki, "Konyaspor"un "Fənərbaxça"ya 7:1 hesablı məğlubiyyətindən sonra baş məşqçi Hakan Keleş istefa edib.
- De Xeanın arzusu
- Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatına start verilib
- Qara Qarayev: "Futbolçular Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi"
- “Milan” "Qalatasaray"a rəqib oldu
- Aleksandr Çertoqanov: "Azərbaycan millisində zamanla hər şey daha yaxşı olacaq" - Müsahibə
0
0