Kroos Almaniya millisinə qayıtdı
22.02.2024 - 18:57

"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos milli komandaya qayıtdığını rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi bu yay baş tutacaq ev Avropa çempionatında çıxış edəcək.
“Mart ayında yenidən Almaniya üçün oynayacağam. Çünki baş məşqçi bunu məndən istəyib. Mən buna hazıram. Əminəm ki, Avropada biz indi çoxlarının təsəvvür etdiyindən çox şeyə nail ola bilərik”, - Kroos sosial şəbəkələrdə yazıb.
Kroos cari İspaniya çempionatında 1 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Toni 2021-ci ildən milli komandada oynamır.
- “Zirə” yarımfinalda uduzdu, 3-cü yer uğrunda oynayacaq
- Lebonun ardından o da "Araz-Naxçıvan"a gəlmədi - Yüksək maaş problemi
- Nuno Qomeş “Qarabağ”dan danışdı: “Gec-tez çoxlu mükafatlar alacaqlar”
- Azərbaycan millisi İsveçrəyə məğlub olub- YENİLƏNİB
- “Sabah”la heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub
0
0