Kunde “Barselona”nın bir addımlığında
28.07.2022 - 15:28
Jül Kundenin “Barselona”da tibbi müayinədən keçəcəyi tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin futbolçusu sabah müayinə olunacaq.
Müdafiəçinin keçidi üçün “Sevilya”ya 50 milyon avro ödəniləcək. Kunde üçün bonus kimi daha 5 milyon verilə bilər.
23 yaşlı fransalı 5 illik müqavilə imzalayacaq. O, 2027-ci ilədək Kataloniya təmsilçisində forma geyinəcək.
- Samir Abasov: "Avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq"
- Siyasət Əsgərov: "Çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq”
- Rəşad Sadıqov: "Keçən illə müqayisədə çempionat daha gərgin keçir"
- Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
- Millilərimiz Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
0
0