La Liqa klubu baş məşqçisini QOVUB
16.12.2025 - 00:40
La Liqa klubu baş məşqçisini QOVUB

İspaniya La Liqası təmsilçisi “Real Ovyedo” baş məşqçi Luis Karrionu istefaya göndərib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin istefasına komandanın keçirdiyi son 8 oyunda bir dənə də olsun qələbə qazana bilməməsi səbəb olub.

Qeyd edək ki, “Real Ovyedo” hazırda 10 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.