“Lazanya”nın GÜCÜ
21.12.2022 - 10:28
İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Erlinq Haaland son oyunlardakı məhsuldarlığının sirrini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, norveçli futbolçu son üç ev oyununun hər birində het-trik etməsinin səbəbinin atasının hazırladığı “lazanya” yeməyi olduğunu bildirib.
Qidalanmasına diqqət etdiyini deyən Haaland yolunu davam etdirdiyi atasının bişirdiyi bu təamın ona əlavə güc verdiyini deyib.
Dünya çempionatı ilə əlaqədar yaranan fasiləni faydalı dəyərləndiyini bildirən norveçli hücumçu Premyer Liqanın qalan oyunlarına hazır olduğunu söyləyib.
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
- Okan Buruk: "Türkiyənin ən uğurlu komandasıyıq"
- Mustafa Denizlinin qızı bələdiyyə sədri oldu
- Durarbəyli: "Uğursuz turnirlərdən sonra əsəbləşmişdim" – MÜSAHİBƏ
- "Qarabağ" "Flamenqo"nun təklifini rədd etdi - Juninyo transferində son dəqiqə
0
0