Frank Lempard yaya qədər "Çelsi"də qalacaq.
Apasport.az xəbər verir ki, "Çelsi" rəhbərliyi sabah axşam Maurisio Poçettinoya rəsmi təklif göndərə bilər. Çünki həmin gün klub rəhbərləri yeni baş məşqçi ilə bağlı yekun qərarı vermək üçün Los Ancelesdə görüşəcəklər.
Jurnalist Fabritsio Romanonun sözləriə görə, "Çelsi"nin son oyunlarda zəif çıxışına baxmayaraq, rəhbərliyin planı dəyişməyib. Frenk Lempard mövsümün sonuna qədər baş məşqçi postunda qalacaq.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 32 matçdan sonra 39 xalla 11-ci pillədə qərarlaşıb və avrokuboklara yollanmamaq təhlükəsi ilə üzləşib.
- “Çempionatı çox yaxşı səviyyədə keçirdik” - Teymur Hüseynov
- Dioqo Balau: “Bəzi Azərbaycan klubları II və III liqa səviyyəsindədir”
- Vaqif Cavadov: “Limitin ləğvi yerli futbolçulara zərbə ola bilər”
- Siyasət Əsgərov: "Qazaxıstanın qadın futbolu son illər yüksəlişdədir"
- “Çelsi”dən 75 milyonluq təklif hazırlığı