Lempardın planı
02.08.2022 - 23:31
İngiltərənin “Everton” klubu heyətdə təmizləmə aparmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Frenk Lempard güvənmədiyi oyunçularla vidalaşmağı planlaşdırır.
Yarımmüdafiəçi Jan-Filipp Qbamen də onun planına daxil deyil. Bu üzdən İngiltərə klubu futbolçuya müştəri axtarır.
Baş məşqçinin əsas planı İdrissa Qeyeni PSJ-dən transfer etməkdir. Yarımmüdafiə xəttini gücləndirmək istəyən Lempard ona lazım olmayan futbolçuları saxlamağı yersiz hesab edir.
- Juninyo “Qarabağ”ın məşqində iştirak edir? - SON DƏQİQƏ
- Millimiz Avropa çempionatında növbəti medalını qazanıb
- De Byazi ikinciliyə şərik çıxdı - STATİSTİKA
- Prezident İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayırıb
- “Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarılıb
0
0