“Lester” Beniteslə danışıqlara başladı
10.04.2023 - 21:55
“Liverpul” və “Real”ın sabiq baş məşqçisi Rafael Benites karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis “Lester”lə danışıqlara başlayıb.
Premyer Liqa klubu ispaniyalı çalışdırıcını “sükanı arxası”nda görmək istəyir. O, istefaya göndərilən Brendan Rocersi əvəzləyəcək.
Benitesin son iş yeri “Everton” olub. O, yanvarda bu klubu tərk edib.
Qeyd edək ki, ispaniyalı əvvəllər “Dalyan Pro”, “Nyukasl”, “Real”, “Napoli”, “Çelsi”, “İnter”, “Liverpul” və “Valensiya”da çalışıb.
- İngiltərə Kuboku matçı stadionu su basdığı üçün təxirə salındı
- Tomas Müller “Liverpul” – “Real” oyununun hesabını dedi
- "Şahdağ Qusar" və "Şəfa" qələbə qazandı - I Liqaya yüksəldilər
- "Fənərbaxça"nın arzuladığı futbolçu İtaliyada qalmaq istəyir
- Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı - YENİLƏNİB
0
0