Levandovski: "Messi "Barselona"ya geri dönsə, möhtəşəm olar"
11.04.2023 - 21:46
"Barselona"nın hücumçusu Robert Levandovski komandaya qayıdacağı gündəmdə olan PSJ-nin futbolçusu Lionel Messi haqda danışıb.
Apasport.az xəbər verir ki, polşalı forvard 35 yaşlı futbolçunun Kataloniyaya dönüşünü çox istədiyini deyib:
"Messi həmişə "Barselona"ya aid olub. Geri dönsə, möhtəşəm olar. Bura onun evidir. Ümid edirəm ki, növbəti mövsümdə "Barselona"da birlikdə oynayarıq".
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda bitir. Argentinalı futbolçunun "Barselona"ya qayıdacağı haqda xəbərlər çoxalmaqdadır.
- Reşford “Sevilya”ya qarşı oynamayacaq
- “Kəpəz”in kapitanı: “Neftçi” ilə matçdakı ilk qələbədən sonra demişdim ki…”
- AFFA rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb
- Elmar Baxşıyev: “Komandamın göstərdiyi oyundan narazı qalmadım”
- "Neftçi" azarkeşlərinin sualından Qurbanovun hakim tənqidinədək - TƏHLİL
0
0